Bazar ertəsi, 06 May

"Taliban" dövlət televiziyasını da ələ keçirib, hava limanında xaos yaranıb - VİDEO

image

“Taliban” yaraqlıları Əfqanıstanın paytaxtı Kabilin bütün rayonlarına nəzarəti ələ keçirib.

Xəbər verilir ki, bu barədə yerli “Ariana News” telekanalı hərəkatın nümayəndəsi Zabiullah Mücahidə istinadən məlumat yayıb.

O, Kabildəki vəziyyətin nəzarət altında olduğunu bildirib. Mücahidin sözlərinə görə, tezliklə şəhərdə gecə patrulu xidməti başlayacaq.

“Al Arabiya” telekanalı isə xəbər verir ki, “Taliban” Kabildə dövlət televiziyasını da nəzarətə götürüb.

“Taliban” Kabildəki dövlət televiziyasına nəzarət edir və vətəndaşları sakit olmağa çağırır”, - deyə telekanalda bildirilib.

Hazırda Kabil hava limanında göyərtəsində diplomatik nümayəndəliklərin əməkdaşlarının olduğu helikopterlərin intensiv uçuşları səbəbindən xaos hökm sürür. “Al-Jazeera” telekanalı belə xəbər yayıb.

“Al Arabiya” telekanalı bildirir ki, hava limanında “Taliban”dan qaçmağa çalışan vətəndaşlar”, paytaxtın yeganə hava limanına üz tutan insanlar girişdə sıxlıq yaradıblar.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15